Xəzər rayonunda bələdiyyə sədrinə cinayət işi açılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində dələduzluq üstündə cinayət işi açılıb. Onlar külli miqdarda sənəd saxtalaşdırmaqda ittiham olunurlar.
Aşkar olunan faktlarla bağlı toplanmış sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.