Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrdir. Bununla əlaqədar Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Verilən məlumata görə, Xəzərdə küləkli hava sabaha kimi müşahidə olunacaq. Küləyin sürəti 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 33 m/s təşkil edəcək. Dalğanın hündürlüyü 4-6 metr olacaq.