Xəzər rayonunda qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yoxlamalar rayonun bütün qəsəbələrində, əsasən, Binə qəsəbəsi, Əli İsazadə küçəsində aparılıb. Reyd çərçivəsində səkiləri və yol kənarlarını zəbt edən, küçələrdə antisanitar vəziyyət yaradan və qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı tədbirlər görülüb. Onlarla izahedici söhbətlər aparılıb, xəbərdarlıq edilib.
Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən reklam lövhələri də səkilərdən, yol kənarlarından götürülüb.
[caption id="attachment_106374" align="alignnone" width="640"]
Foto Xəzər rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]