Bakının Xəzər rayonunda silah-sursat aşkar edilib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Naziliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə FHN-in minatəmizləmə qrupu cəlb olunub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə yararlı “F-1” əl qumbarası, “RQ-42” əl qumbarası, 2 “UZRQM” partladıcısı, həmçinin 9 ədəd 7,62x39 mm-lik mərmi və 1 “AKMS” (SU 5749) avtomatı götürülərək zərərsizləşdirilməsi üçün ərazidən çıxarılıb.
Növbəti baxış zamanı hadisə yerində və ya onun bilavasitə yaxınlığında başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.