Bakının 2 muzeyi iş cədvəlləri haqda məlumat verib. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az mədəniyyət ocaqlarına istinadən xəbər verir.
Azərbaycan Milli Xalça Muzeyi bayramla əlaqədar 20, 21 və 25 mart tarixlərində fəaliyyət göstərməyəcək.
22, 23, 24 və 26 mart tarixlərində muzey daimi qrafikə uyğun – həftəiçi saat 10:00-dan 18:00-dək, şənbə və bazar günləri isə 11:00-dan 19:00-dək işini davam etdirəcək.
Milli Azərbaycan Tarixi Muzeyi isə 23 mart tarixində sanitar işləri ilə bağlı fəaliyyət göstərməyəcək. 22, 24 və 26 mart tarixlərində isə muzey işləyəcək.