Xalq rəssamı Tahir Salahovun qızı, rəssam Alagöz Salahova dünyasını dəyişib. Bu haqda bu gün 20 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Mərhumun oğlu Dan Salahov bildirib ki, 70 yaşlı Salahova 6 ay ölkə xaricində və Bakıda müalicə alıb. Dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək.