top
Xaricdə təhsil adı ilə insanları belə aldadırlar – ŞİKAYƏT + VİDEO
23 yanvar 2025, 06:35
- ↺ +

Xaricdə təhsil adı ilə insanları belə aldadırlar – ŞİKAYƏT + VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşlara xaricdə təhsil almaq imkanları ilə bağlı vədlər verən "Pilgrim Education" şirkətindən şikayətlər artmaqdadır.

Bakuplus.az-a şikayət edən Şüküfova Samirə də şikayətçilər sırasındadır.

O deyir ki, həyat yoldaşı və oğlu ötən ilin yayında bu şirkətə müraciət ediblər. Şirkətdən onlara bildirilib ki, sizi 8-9 ay ərzində 5-6 ölkəyə təhsil və təcrübə proqramına yönəltmək imkanımız var. Bunun üçün onlardan 1200 manat pul alınıb. Şirkətin verdiyi vədlərdən sonra tam arxayın olan ata və oğul evə dönüblər. Amma aylar keçsə də, şirkətdən xəbər çıxmayıb. Bundan sonra onlar dəfələrlə şirkətin nümayəndəsi ilə əlaqə saxlayaraq hansısa xəbər olub-olmaması ilə maraqlanıblar. Hər dəfə onlara bildirilib ki, hələ xoş xəbər yoxdur. Növbəti dəfə əlaqə saxlayanda isə bildiriblər ki, xarici layihələrə 30 yaşlı yetkin şəxsləri qoyub, 18 yaşlı tələbəni qəbul etmirlər: “Elə isə rəsmi səhifələrindəki bakalavrlar, 18, 19 yaşlı gənclərin reklam rolikləri necə yaranır? Və yaxud da belə problemlərin əmələ gəlmə ehtimalı vardısa, onda niyə oğlumdan 1200 pul alıb, onunla müqavilə bağlayırdılar?”

S.Şükürovanın sözlərinə görə, oğlu belə fikirlərin hansı əsasla deyildiyini soruşub, layihələrdən geri qayıdan cavab məktubları ilə şirkətdən mövqeyini əsaslandırmasını tələb edib.

“Bizə bir parça kağız verməyiblər ki, buna görə sizin uşağınızı xaricə göndərə bilmirik. Demək, bir həftədən çoxdur oğlum, 4 gündür mən onlara yazıram, zəng vururam, amma bizimlə görüşmürlər. Bu gün dava-qırğınla məni birinci gün qəbula yazıblar. Deyirəm ki, qarşıda iki iş günü var, sən məni niyə birinci gün qəbula yazırsan? Növbəti dava-qırğından sonra mənə deyiblər ki, sabah gəlin, sizi sənədlərlə tanış edək. Mən kağız-kuğuzu neynirəm? Birincisi, indiyədək bu sənədləri niyə göstərmirdin? Oğlum prosesin əvvəlindən davamlı şəkildə bu mövzu ilə bağlı qarşı tərəfə müraciətlər edib, onlardan layihələrlə bağlı sənədlər istəyib. Amma ona konkret, gərəkli heç bir yazılı məlumat verilməyib. Onlardan bu lahiyələrə müraciət edərkən hazırlamalı olduqları rezüme, CV, “cover letter” kimi bir neçə sənədi davamlı istəməyinə baxmayaraq, məsələ yubadılıb, nəticə əldə olunmayıb. İndi deyirlər ki, gəlin, sizə kağızları göstərək. Sən kağızları niyə indi göstərirsən, o vaxt göstərməmisən? Sən məndən 1200 manat almısan ki, kağız göstərəsən?”, - S.Şükürova bildirib.

Qeyd edək ki, bu şirkətlə bağlı ötən il də xeyli şikayətlər olub. Müxtəlif saytlara açıqlama verən şikayətçilər adıçəkilən şirkətin onlardan pul aldığını, xaricdə təhsillə bağlı vədlər verdiyini, amma vədlərin heç birinə əməl edilmədiyini bildiriblər.

İddialarla bağlı şirkətlə əlaqə saxlamaq mümkün olmayıb, məsul şəxs zənglərə cavab verməyib.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər