XI Qlobal Bakı Forumunun II gününə start verilib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumun ikinci günündə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, o cümlədən iqlim, səhiyyə, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq.
Həmçinin qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolundan bəhs ediləcək.
Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.