Sabunçu rayonunda əxlaqsızlıq yuvası yaradan qadına hökm oxunub. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Məhkəmənin qərarına görə, 54 yaşlı Sona Cumayeva qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
S.Cumayeva “Sonanın kafesi” adlı iaşə obyektində əxlaqsızlıq yuvası yaratmışdı. O, əvvəllər “Pəhləvanlar” adlı kafenin də icarədarı olub.