Yaşayış binalarında parklanma yerlərinin bahalaşdığı bildirilir. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Trend-ə istinadən xəbər verir.
Bir sıra avtomobil dayanacaqlarının qiymətlərinin bahalaşması ilə yanaşı, son günlərdə çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin da qiymətlərinin artdığı bildirilir.
Sakinlərin sözlərinə görə, 60 AZN-ə olan parklanma yeri hazırda 90 AZN-dir. Bu da insanların narazılığını daha da artırıb.
Hüquqşünas Arif Nəzərovun sözlərinə görə, əgər park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istənilən qiymət qoyula bilər. Qanunla bu qadağan deyil.