Bakıda bədbəxt hadisə baş verib. Bu barədə Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Sabunçu rayonunda 71 yaşlı Babayev Əlibaba Hacıbaba oğlu laqonda ilə iş görən zaman ehtiyatsızlıqdan özünü doğrayıb.
Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Əlibaba Babayev aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.