top
Yanğınlarda yanan milyonlar: ölkədə daşınan əmlak hansı səbəbdən sığortalanmır? – VİDEO
25 noyabr 2023, 06:55
- ↺ +

Yanğınlarda yanan milyonlar: ölkədə daşınan əmlak hansı səbəbdən sığortalanmır? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sahibkarların çoxu obyektlərini sığortalamaqda maraqlı deyil. Son günlərdə baş verən yanğınlar səbəbindən sığorta şirkətləri tərəfindən onlara dəyən ziyanın qarşılanmaması da belə deməyə əsas verir. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Space TV-yə istinadən məlumat verir.

Azərbaycanda daşınan əmlakın sığortalanması könüllü həyata keçirilir. Məbləği də bir o qədər də böyük deyil. İllik 50 manatdan başlayır. Elə “Taxta bazarı”nda baş verən yanğında zərər görmüş sahibkarlar da əmlaklarını sığortalamayanlar sırasındadırlar. Nəticədə sahibkarlar dövlət tərəfindən heç bir yardım ala bilməyəcəklər.

Sığorta eksperti Ləman Babayeva deyir ki, hazırda ölkə üzrə daşınan əmlakların orta hesabla 5 faizi sığortalı hesab olunur. Əmlakını sığorta etdirməkdə maraqlı olmayan sahibkarlardan fərqli olaraq, sığorta şirkətlərinə edilən müraciətlərin əksəriyyətinə imtina cavab verilir.

“Xüsusən ticarət açıq bazar tipli olan yerlərdə həyata keçirildiyi halda sığorta şirkətləri haqlı mövqedə olurlar. Ona görə ki, bizim əksər sahibkarların sığortalamaqla bağlı sənədləşmələri yerində deyil. Mağazada olan əmlakların qaimələri, sənədləşmələri, onların saxlanma şəraiti hər hansı bir fövqəladə hal yaranarsa, ondan qorunma tədbirləri, ilkin qorunma şərtləri, bunlar yerində olmadığına görə sığorta şirkətləri də haqlı olaraq belə bir riski üzərinə götürmək istəmir”, – deyə ekspert izah edib.

Hazırda yalnız daşınmaz əmlakın sığortalanması məcburidir. Bu öhdəlikdən yayınanlarla bağlı qanunvericilikdə müəyyən edilmiş cərimələr nəzərdə tutulur.

Son xəbərlər

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Oxşar xəbərlər