Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
20 yanvar tarixində Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb, axşam saatlarında isə şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz isə 8-12 dərəcə isti olacaq.