Paytaxtın Yasamal rayonu “Alatava-1” yaşayış massivi söküləcək. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə söküntü işlərinə başlamaq üçün Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətinin biri ilə artıq razılığa gəlib.
“Hazırda sənədləşdirmə işləri aparılır. Daha sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”, - deyə Yasamal rayon İcra başçısı bildirib.
O, ərazidə yeni binaların inşa olunacağını vurğulayıb.