Paytaxtın Yasamal rayonu, Fərid Ələkbərov küçəsinin əsaslı təmirinə başlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən küçənin Mətbuat prospekti ilə Ələsgər Ələkbərov küçəsi arasında yerləşən 565 m-lik hissəsində köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənir.
Daha sonra yeraltı kommunikasiya xətləri bərpa olunacaq, yeni yağış barmaqlıqları quraşdırılacaq. Ən sonda yeni yol cizgiləri çəkiləcək, nişanlar quraşdırılacaq.
Cari il ərzində Yasamal rayonu ərazisində ümumi uzunluğu 6 km olan 5 küçə əsaslı təmir olunub.
[caption id="attachment_81808" align="alignnone" width="640"]
Foto Avtomobil Yolları Dövlət Agentliyi rəsmi saytı[/caption]