Yasamal rayonunda növbəti küçə təmirə bağlanır. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Aparılan təmir işləri ilə əlaqədar 6 iyul saat 07:00-dan etibarən 7 iyul saat 22:00-a qədər Mikayıl Müşfiq küçəsinin Parlament prospektindən Mətbuat prospektinədək olan hissəsində hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən bunu nəzərə almaları xahiş olunur.