Yasamal rayonunda daha bir küçədə təmir işləri aparılır. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Rayonun Mikayıl Müşfiq küçəsində, Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək aparılan təmir işləri ilə əlaqədar 19 iyul saat 13:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən vəziyyəti nəzərə almaları xahiş olunur.