11:23 - Yenilənib:
DİN-in mətbuat katibi Elşad Hacıyevin sözlərinə görə , itkin düşən şagirdlər polis əməkdaşları tərəfindən tapılıb və ailələrinə təhvil verilib. Onların səhhətində problem yoxdur.
11:06 - Şagirdlər itkin düşüb
Paytaxtın Yasamal rayonunda 2 şagird itkin düşüb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
6 dekabr saat 15:00 radələrində rayonun M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbin 14 yaşlı şagirdi X.Q. məktəbdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Həmin gün 12:00 radələrində M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən 12 yaşlı A.Ş. çıxıb və naməlum istiqamətdə gedib.
Hər 2 şagirdin axtarışları davam edir.