Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsini əlaqələndirən avtomobil yolu təmir olunur. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən sahədə yerləşən “Araz” marketinin ətrafında, 525-ci məhəllə adlanan ərazidə hazırda köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənir. Daha sonra küçəyə müvafiq yol cizgiləri çəkiləcək və nişanlar quraşdırılacaq.
Daha öncə eyniadlı rayonun Fərid Ələkbərov küçəsində də yenidənqurma işlərinin aparıldığı barədə məlumat verilmişdir.
[caption id="attachment_81845" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]