Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında yerləşən “Şah İnn” restoranı cərimələnib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinə istinadən məlumat verir.
Restoranda AQTA-nın əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı iaşə obyektində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Aşkar olunmuş faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
[caption id="attachment_117498" align="alignnone" width="640"]
Foto AQTA-nın rəsmi saytı[/caption]