Paytaxtın Yasamal rayonu, 7-ci şallaqxana küçəsi 7A ünvanında çörək istehsalı sexində qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Arşadırma zamanı obyektdə sanitar qaydalara riayət olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, eləcə də çörəklərin üzərində məhsula dair markalanmanın olmadığı məlum olub.
Müəssisədə istehsal dayandırılıb. Rəhbərlik məsuliyyətə cəlb edilib.