Yasamal rayonunda yolların təmiri üçün pul ayrılıb. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 350.000 AZN Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.