Yasamalda bir nəfər tikinti işləri görən zaman tapdığı avtomatı polisə təhvil verib, başqa bir şəxs isə “Makarov” markalı tapança satmaq istəyərkən saxlanılıb. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 40 yaşlı Şəki şəhər sakini Yaşar Məmmədovdan üzərinə baxış zamanı “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülüb.
Bununla yanaşı, daha bir nəfər polisə müraciət edərək tikinti işləri görən zaman tapdığı “Kalaşnikov” markalı avtomatı, sandıqca və 25 ədəd patronu könüllü olaraq təhvil verib.
[URIS id=122051]