Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 511 ünvanındakı lüklərin üstü açıqdır. Bu səbəbdən avtomobillər və piyadalar üçün təhlükə var. Xüsusilə gecə saatlarında təhlükədən yayınmaq asan deyil.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən məsələ ilə bağlı sorğuya cavab olaraq məsuliyyətləri olmadıqlarını bildiriblər.