Baş Prokurorluqdan verilən məlumata əsasən, mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində 3 nəfər qadın – 75 yaşlı Fatma Mustafayeva, 69 yaşlı Rahilə Mirzəyeva və 66 yaşlı Rəna Rüstəmova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.
13:45 - Yasamalda mərasim evinin tavanı çöküb
Yasamal rayonunda mərasim evində insident yaşanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun M.Müşfiq küçəsində baş verib. Ərazidə yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanı çöküb. Nəticədə 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.