Bakının “İnşaatçılar” metrosu yaxınlığında cari il avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovanın çoxsaylı bıçaq xəsarətləri alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İstintaq zamanı Yadigar Mirzəyevin “İnşaatçılar” metro stansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.