Yasamal rayonunda qanunsuz pirotexniki vasitələr satan şəxs tutulub. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb. Ona məxsus anbarda yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.