Bakının Yasamal rayonu, Salatın Əsgərova küçəsində ağac kəsilib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, reklam lövhəsinin quraşdırılması üçün yolun kənarındakı nəhəng ağac kəsilib.
Müvafiq şəkillər sosial şəbəkələrdə yayılıb.