Yasamal rayonunda yerləşən binanın liftində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Söhbət rayonun Moskva prospekti, 8, bina 33 ünvanından gedir. “Main” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının liftinin qəzalı vəziyyətdə olduğu bildirilir. Əraziyə cəlb olunan FHN-in əməkdaşları liftin istismarını dayandırıblar.
Həmçinin MTK rəhbərliyi ilə profilaktik söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.