Bakıdan Yekaterinburqa yeni birbaşa reyslər açılacaq. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Ural Hava Yolları” aviaşirkəti Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq. Reyslər 13 yanvar 2024-cü il tarixindən etibarən həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Hazırda Yekaterinburqdan Bakıya 3 aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçuşlar təşkil edir.