Cari həftəsonu paytaxtda gücləndirilmiş təmizlik işləri aparılacaq. Bu haqda bu gün, 3 dekabr Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti məlumat yayıb.
4 dekabr gün ərzində şəhərin yolları və prospektləri, səkiləri, reklam lövhələri və mağaza vitrinləri təmizlənəcək, yaşıllıq zolaqları sulanacaq, ağaclar budanacaq və digər təmizlik və dezinfeskiya işləri görüləcək.
BŞİH hər kəsi aksiyada iştirak etməyə dəvət edərək yeni ili təmiz şəhərlə qarşılamağa dəvət edir.