Daxili İşlər Nazirliyi (DİN) bir daha kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Verilən məlumata görə, sosial şəbəkələrdə qarşıdan gələn Yeni il ərəfəsində endirimlərlə bağlı müvafiq mesajlar və paylaşımlar yayılır.
“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”, – müraciətdə deyilir.