Yaxın illərdə “Yeni Klinika”da sümük iliyi transplantasiyası əməliyyatlarına başlamaq planlaşdırılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bunu TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərin 90 faizdən çoxu TƏBİB-nin tabeliyində olan tibb müəssisələrində göstərilir.
Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiyası əməliyyatlarının olduğunu da diqqətə çatdırıb.