Paytaxtda yerləşən “Yeni Klinika” Ambulator klinika sistemindən istifadə etməyə başlayıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, ambulator müalicə zamanı xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur. Cərrahiyyə və anesteziologiya sahəsindəki inkişaf nəticəsində əvvəllər əməliyyata hazırlıq 3-4 gün çəkirdisə, indi 4-5 saat çəkəcək.
Müasir avadanlıqların istifadəsi sayəsində pasiyentlərə qısa müddətdə cərrahi əməliyyat təyin etmək və həyata keçirmək mümkün olub.