Bakının Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyev barəsində cinayət işi başlanıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
Fikrət Quliyev vəzifədə olan zaman sui-istifadə hallarına yol verib. O, torpaq sahələrinin ayrılması, həmçinin tikinti işlərinin aparılması və digər məqsədlərlə bağlı müxtəlif şəxslərdən külli miqdarda pulu rüşvət kimi almaqda ittiham olunur.
Fikrət Quliyev Cinayət Məcəlləsinin “Rüşvət alma - təkrar və külli miqdarda törədildikdə” və digər maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.