Bakının Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlıqda yalnız bu qəsəbədə qeydiyyatda olan şəxslər dəfn oluna bilər. Qəbiristanlıqda kənar şəxslərin dəfn edilməsinə icazə verilmir. Bu haqda Xəzər Xəbər reportaj hazırlayıb.
Yeni Suraxanı qəsəbəsində yerləşən kənd qəbiristanlığını ziyarət edən vətəndaşlar girişdə həmin məlumatı verən xəbərdarlıq nişanına rast gəlirbər.
Həmin lövhənin Yeni Suraxanı bələdiyyəsi tərəfindən qoyulduğu müəyyən edilib. Bələdiyyə sədri Fikrət Quliyev bildirib ki, məzarlığın ümumi sahəsi 3 hektara yaxındır. 1930-cu illərdə tikilmiş qəbiristanlıq getdikcə məhdudlaşdırılır. Məhz buna görə də meydanda belə lövhə quraşdırılıb.
Kənd sakinləri onu da bildirdilər ki, qeydiyyatı olmayanlar, xüsusən də ucqar rayonlarda yaşayanlar qəbiristanlıqda öz qohumlarını dəfn etdikləri üçün, yerlər bitmək üzrədir.
Qeyd olunur ki, bir neçə kilometr aralıda Yeni Suraxanıda daha bir qəbiristanlıq yerləşir.