top
Yeni tikili binalarda parkinq haqqı artıb: qiymətlərə kim nəzarət edir?
11 fevral 2023, 08:36
- ↺ +

Yeni tikili binalarda parkinq haqqı artıb: qiymətlərə kim nəzarət edir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti sürətlə artmaqdadır. Ancaq bu qiymətlər nəyə əsasən və kimlər tərəfindən təyin olunur? Niyə hər yerdə fərqli qiymətə rast gəlirik? Toplanan vəsaitin aqibəti necə olur? Bu kimi suallara APA TV cavab verməyə çalışıb.

Əmlak üzrə ekspertlər deyirlər ki, vətəndaşlardan parklanma üçün yığılan pullar binanı tikən şirkət rəhbəri başda olmaqla, komendantına kimi hamının cibinə gedir. O ki qaldı qiymətlərin yüksək olmasına, ekspertlərin fikrincə, avtomobillər üçün binaların altındakı parklanma yerlərinin kvadratı mənzilin kvadratından daha baha təklif olunur. Elə buna görə də bəzi sakinlər pulu ödəyə bilmədikləri üçün məcburiyyətdən avtomobillərini hərəkət iştirakçılarına mane olduqları ara məhəllələrdə və ya yol kənarlarında park edirlər.

Tikinti şirkətlərinin qarşısında qaraj və parkinqin vacib şərt kimi qoyulmalı olduğunu deyən ekspertlər onu da əlavə edirlər ki, bu gün yaşayış binalarının əksəriyyəti yol kənarında tikilir. Burada isə əksər yerlərdə park yerləri nəzərə alınmayıb. Ona görə də sürücülər avtomobillərini harada və necə gəldi saxlamaqla tıxacların yaranmasına səbəb olurlar. Vəziyyətdən yeganə çıxış yolu isə pulsuz parklanmaların salınmasıdır.

Hüquqşünas Şamil Paşayev deyir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət göstərmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

“Ümumiyyətlə, vətəndaşlar bilməlidirlər ki, binanın qaraj hissəsi də, ev hissəsi də, binanın idarə edilməsi də onlarındır, bina sakinlərinindir. Bina sakinləri mənzillərin müştərək idarəetmə təşkilatını yaratmalıdırlar. Binanı kimsə tikir, MTK tikəndən sonra komendantı təyin edir. Bu komendant əlavə olaraq vətəndaşlardan rüsum alır, sakinlərdən pul alır. Bunlar qanunsuzdur və əsassızdır. Vətəndaşlar özləri binanı idarə etməlidirlər. Binanın qarajları, parkinqi vətəndaşlarındır, vətəndaşlara məxsus olmalıdır”, - deyə Paşayev vurğulayıb.

[caption id="attachment_90391" align="alignnone" width="640"]Yenitikili binalarda parkinq qiyməti artıb: haqq siyəsəti kim idarə edir? Foto APA[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Oxşar xəbərlər