Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu haqda 1 dekabr tarixində Report məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yaxın saatlarda hava şəraiti dəyişiləcək, küləy güclənəcək. Küləkli hava ilə əlagədər baş Dövlət Yol Polisi sürücülərdən yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Hava küləkli olduğu üçün sürücülər xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar Avtomobillərini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, aşma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar.
Sürücülər açıq ərazilərdə yük avtomobillərdən, moped və motosiklet tipli nəqliyyat vasitələrindən hərəkətlərini məhdudlaşdırsınlar. Piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.