Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib. Bu haqda bu gün, 7 avqust tarixində Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Mükafat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərə görə verilib.
Yuli Qusman 8 avqust 1943-cü ildə Bakıda anadan olub. Qusman Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı "Nika" mükafatının təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvüdür. 1993-cü ildə o, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, 2002-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adlarına layiq görülüb.