Bakının Zığ qəsəbəsində xüsusi piyada zolağı yaradılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Transport for Baku Facebook səhifəsinə istinadən məlumat verir.
Xüsusi qabarıq formada piyada keçidi məktəbin qarşısında piyadaların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
Daha öncə analoji keçidlər Bəsti Bağırova küçəsində yaradılıb.