Bakının əsas prospektlərindən birində sürət həddi endirilib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı şosesində bəzi zolaqlarda sürət həddi 20 km/saat aşağı salınıb. Bütün məlumat tablolarında “sürüşkən yol” və “güclü külək” işarələri qoyulub.