Paytaxtda yolların birində sürət həddi aşağı salınıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı şosesində bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat tablolarında “Güclü külək” işarəsi qoyulub.