Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
09:21 - Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Bakı magistrallarının birində sürət həddi endirilib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hazırda davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.