Zığ-Hövsan yolunda təmir-bərpa işləri davam edir. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ümumi uzunluğu 6,8 kilometr, eni isə 32 metr olan ərazidə kommunikasiya xətləri köçürülüb, yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlər inşa olunub.
Avtomobil yoluna ümumilikdə 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənəcək.
Həmçinin yerüstü piyada keçidlərinin inşası, işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması nəzərdə tutulub.
[caption id="attachment_51685" align="alignnone" width="800"]
Foto AAYDA rəsmi saytı[/caption]