Türkiyədəki zəlzələ zamanı itkin düşmüş azərbaycanlı tələbə tapılıb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kahramanmaraşda Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altından çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti haqda məlumat dəqiqləşdirilir.
Tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir.