top
Zığ qəbiristanlığında sümüklər yerdə səpələnib: uşaqlar insan qalıqları ilə oynayırlar – VİDEO
23 sentyabr 2023, 04:59
- ↺ +

Zığ qəbiristanlığında sümüklər yerdə səpələnib: uşaqlar insan qalıqları ilə oynayırlar – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suraxanı rayonu, Zığ qəsəbə qəbiristanlığında qədim tarixi olan məzarlar mövcuddur. Qəbiristanlıqda diqqətçəkən məqam isə ondan ibarətdir ki, addımbaşı insan skeletlərinin qalıqlarına rast gəlinir. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Ağasadiq Sadiqov Zığda dünyaya gəlib. Onun sözlərinə görə, bu məzarlar babalardan əvvəl də burada olub. Kütləvi şəkildə insanların dəfn olunduğu sərdabələrin kənarları bir müddət öncəyə qədər qapalı idi, lakin daha sonra nəzarətsiz qaldığından giriş hissələri dağıdıldı. İndi azyaşlılar buranı oyun meydançasına, insan qalıqlarını da oyuncağa çeviriblər.

Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev deyir ki, Zığ kəndinin tarixi orta əsrlərə gedib çıxır. Məzarlıqda olan məzarların da tarixi 15-ci əsrdən başlayır. Həmin şəxslər zərdüştlükdə olan dini inanclara əsasən, müvəqqəti qəbrlərə qoyulurdular.

“Bunlara əmanət qəbirlər deyirlər, yəni müvəqqəti qəbirlər, yaxud sərdabələrdir. İnsanlar öləndən sonra torpağa tapşırılmırdı, onları kəfənlə İslam adəti üzrə orada bu sərdabəyə qoyurdular. Dini inanclara görə, insanlar ölməmişdən əvvəl vəsiyyət edirdilər ki, onları Məşhəd, Kərbəla və yaxud Məkkə, Mədinə ətrafında olan qəbiristanlıqlarda dəfn etsinlər, lakin hansısa səbəbdən bu, mümkün olmayıb”, – Quliyev deyib.

Akif Quliyev onu da bildirib ki, sərdabələr tarixi abidədir. Həmin məzarlıqlar mütləq şəkildə qorunub saxlanılmalıdır.

Məsələ ilə bağlı Zığ kənd Bələdiyyəsindən bildirildi ki, lazımi tədbirlər görüləcək. Çəkilişdən sonra insan qalıqları sərdabələrə yığılaraq giriş hissələri qapadılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətindən də bildirildi ki, yaxın günlərdə ərazi nəzarətə götürüləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər