Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ küçəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, YAP Suraxanı Rayon təşkilatının sədri, RİHB-nin müavinləri və şöbə müdirləri, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qurumdan bildirilib ki, rayon ərazisində yaşıllıq zolaqlarının salınması davam edəcək.
[caption id="attachment_76862" align="alignnone" width="640"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]