Zabrat şosesində işıqforda dəyişiklik edilib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində aparılan araşdırmalar nəticəsində bir sıra dəyişikliklər edilib. Belə ki, Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində işıqforun sola dönmə seksiyasının yaşıl işığının müddəti 10 saniyə artırılıb.
Bundan əlavə, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş işıqfor quraşdırılıb.