Bakıda avtomobilin vurduğu piyada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində, mərkəz istiqamətində baş verib. Məmmədzadə Səxavət Şahin oğlu idarə etdiyi avtomobillə Rüstəmova Məxmirə Nuşirəvan qızını vurub.
Zərərçəkən aldığı xəsarətlərdən yerləşdiyi Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.