Bakının əsas prospektlərinin birində hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində yalnız yolötürücüsü üzərində aparılacaq təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə icazə verilməyəcək. Məhdudiyyər 24 mart saat 06:00-dan etibarən 26 mart saat 00:00-a qədər davam edəcək.
Sürücülərdən yan yoldan istifadə etmələri xahiş olunur.